• 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
1 1 1 1 1 1 1

Haqqımızda

  • “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi 1999-cu ildə yaradılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 2007-ci ildə dövlət qeydiyyatına alınmışdır. Təşkilatın əvvəlki adı Miqrantlara Hüquqi Yardım Mərkəzi olmuşdur.

    ...

Video

Son Xəbərlər

Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı

davamı >>

Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbilənin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin müdiriyyəti və ya yaşayış sahəsinin sahibi əcnəbinin ölkəyə gəldiyi vaxtdan 3 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun surətini Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin internet informasiya ehtiyatı (www.migration.gov.az), poçt, elektron poçt (qeydiyyat@migration.gov.az) vasitəsi ilə və ya şəxsən Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir.

davamı >>

18 dekabr Beynəlxalq Miqrant Günü ilə bağlı “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin mətbuat üçün açıqlaması 2007-ci ildən başlayaraq hər il “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi dekabr ayının 18-ni Beynəlxalq Miqrant Günü kimi qeyd edir. Bu il də “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Miqrant Günü münasibətilə Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirilmişdir. Mərkəzinin rəhbəri Əlövsət Əliyev miqrasiya sahəsində mövcud vəziyyət, miqrantlar və onların hüquqları barədə məlumat vermişdir.

davamı >>

10 dekabr - Beynəlxalq İnsan haqları günüdür. Bu gü müasir dünyanın 70%-dən çoxunda insan haqları problmei var və beynəlxalq aləm insan haqları probleminin həllinin demokratiya quruculuğunda prioritet sahə kimi önə çəkir. 

davamı >>

Rusiya 2014-cü ildə 100 min miqrant qəbul edəcək. 2014-cü ildə 95 min 880 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsə Rusiya ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi planlaşıdırılır. Moskva şəhəri üçün müəyyənləşdirlimiş maksimum kvotaya görə 7 min miqrant burada yaşamağa icazə veriləcək.

davamı >>

18 dekabr  Beynəlxalq Miqrant günüdür. Bununla əlaqədar “Azərbaycan Miqrasiya Mərkəzi” ictimai birliyi  və Milli QHT Forumu Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçirəcək.

davamı >>

Azərbaycan Miqrasiya Mərkəzi daha bir uğura imza atdı. Xatırlayırsızsa 2011-ci iin sonlarında bir qrup Azərbaycan Respublikasının vətəndaşı Rusiya Federasiyasının Samara şəhərində tikintidə işlədilmək adı ailə aldadılaraq məcburi əməyə cəlb edilmişdilər. İnsan alverçiləri qurbanlara onlara iş təklifi edərkən hər birinə aylıq 500-700 ABŞ dolları məbləğində əmək haqqı ödəniləcəyini, habelə yaşayış yeri, yemək və digər zəruri ehtiyaclarının işəgötürən tərəfindən ödəniləcəyini vəd etmişdir. 

davamı >>

Bu gün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) dəstəyi ilə Azərbaycan Miqrasiya Mərkəzinin hazırladığı “Azərbaycan Respublikasında vətəndaşsızlığa şərait yaradan hallara dair” Hesabatın təqdimatı keçirilib. AzNews.az-ın xəbərinə görə, tədbirdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə, Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nazim Salmanov, BMTQAK-ın eksperti Aleksandr Novikau çıxış ediblər.

davamı >>