• 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
1 1 1 1 1 1 1

Haqqımızda

  • “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi 1999-cu ildə yaradılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 2007-ci ildə dövlət qeydiyyatına alınmışdır. Təşkilatın əvvəlki adı Miqrantlara Hüquqi Yardım Mərkəzi olmuşdur.

    ...

Video

25.12.2013 / QEYDİYYATLA BAĞLI TƏLƏB OLUNAN SƏNƏDLƏR

QEYDİYYATLA BAĞLI TƏLƏB OLUNAN SƏNƏDLƏR

Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı 1 aprel 2013-cü il tarixdən Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olanəcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (“qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 3 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin internet informasiya ehtiyatı (www.migration.gov.az), poçt, elektron poçt (qeydiyyat@migration.gov.az) vasitəsi ilə və ya şəxsən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir.Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün yuxarıda müəyyən olunmuş qaydada müraciət edə bilərlər.Ərizə daxil olduqdan sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti dərhaləcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar: viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə; viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçündövlət rüsumu ödənilmir.Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə şəxsən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yuxarıda nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ƏRİZƏ-ANKET Aşağıdakı məlumatları nəzərə alaraq, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını xahiş edirəm:

1. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs haqqında məlumatlar:
1.1. soyadı
1.2. adı 1.3. atasının adı
1.4. doğulduğu tarix (gün, ay, il)
1.5. cinsi
1.6. hansı ölkədən gəlmişdir
1.7. vətəndaşlıq mənsubiyyəti
1.8. pasportun nömrəsi və etibarlılıq müddəti
1.9. daimi yaşadığı ölkə
1.10. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu tarix (gün, ay, il)
1.11. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkədə müvəqqəti olma müddəti
1.11.1. Viza əsasında: vizanın etibarlılıq müddəti – vizadakı qalma müddəti –
1.11.2. Viza tələb olunmayan qaydada: ölkədə qalacağı müddət –
2. Qəbul edən hüquqi və ya fiziki şəxs haqqında məlumatlar:
2.1. hüquqi şəxs olduqda – hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı:
2.2. fiziki şəxs olduqda – soyadı, adı və atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə)
3. Qəbul edən tərəfin və ya əcnəbinin imzası
4. Qəbul edən tərəfin və ya əcnəbinin telefon nömrəsi 5. Ərizənin verildiyi tarix